header

 Sionist hərbçilərin hücumunda 28 fələstinli yaralanıb

 Sionist hərbçilərin hücumunda 28 fələstinli yaralanıb

Sionist hərbçilərin İordan çayının qərb sahilinin şimalına qarşı hücumunda onlarla fələstinli yaralanıb.

Tashaio.com-ın məlumatına əsasən, Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, sionist hərbçilər dünən gecə Nablusun şimal-qərbində yerləşən Bərqə qəsəbəsinə hücum ediblər. Onlarla fələstinli gənclər arasındakı toqquşma nəticəsində iyirmi nəfər yaralanıb.

Sionist hərbçilər rezin güllələr atıb, gözyaşardıcı qaz buraxmaqla onların bu qəsəbədən çıxmalarını tələb edən fələstinli etirazçılara hücum ediblər.

Nablusun cənubunda yerləşən Bita qəsəbəsində də sionist hərbçilərlə sionist qəsəbə salmalara etiraz edənlər arasında baş verən toqquşma zamanı səkkiz fələstinli yaralanıb.

İordan çayının qərb sahilinin şimalında qəsbkar rejim qüvvələrilə fələstinlilər arasındakı toqquşmalar artıbdır. Bu bölgənin əhalisi sionist qəsəbə sakinlərinin onların mənzilləri və kəndlərinə hücumlarına etiraz edirlər.

Sionist hərbçilərin İordan çayının qərb sahilinin şimalına qarşı hücumunda onlarla fələstinli yaralanıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-18-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap