header

 Zas: Qazaxıstanda yeni iğtişaşların baş verəcəyinə inanmıram

 Zas: Qazaxıstanda yeni iğtişaşların baş verəcəyinə inanmıram

KTMT-nin baş katibi Qazaxıstanda vəziyyətin yenidən kəskinləşməsi ehtimalını dəyərləndirdi.

Tashaio.com-ın məlumatına əsasən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas bildirib ki, Qazaxıstanda yeni iğtişaşların yaranması çətin ki, mümkün olsun. 

"Mən hesab etmirəm ki, revanş və ya hadisələrin yenidən qızışması təhlükəsi var. Demək olar, əminəm ki, bu mümkün deyil, çünki birincisi, vəziyyət nəzarətə götürülüb. İkincisi, hazırda bütöv mənzərənin üzə çıxması, bütün iştirakçıların müəyyənləşdirilməsi üçün böyük işlər görülür. Buna uyğun olaraq Qazaxıstan Respublikasının qanunu çərçivəsində tədbirlər görüləcək. Və əlbəttə ki, hər kəs bu vəziyyətdən özü üçün nəticə çıxarıb - təkcə qazax xalqı deyil, həm də ölkə rəhbərliyi", - deyə KTMT rəhbəri bildirib.

Xatırladaq ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə maye qazın qiymətinin iki dəfə artırılmasına etirazlar fonunda iğtişaşlar başlayandan sonra kömək üçün KTMT-yə müraciət edib.

KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası ölkədə vəziyyəti normallaşdırmaq üçün Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.

Əməliyyatda Rusiya, Belarus, Ermənistan, Qırğızıstan və Tacikistanın hərbçiləri iştirak edib. Strateji əhəmiyyətli obyektlərin mühafizəsi onlara həvalə edilib. Ötəm cümə axşamı, yanvarın 13-də missiyanın başa çatdığı elan edilib.

KTMT-nin baş katibi Qazaxıstanda vəziyyətin yenidən kəskinləşməsi ehtimalını dəyərləndirdi.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-17-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap