header

 Qərb sahilində onlarla fələstinli yaralanıb

 Qərb sahilində onlarla fələstinli yaralanıb

Fələstinlilərin İordan çayının qərb sahilində sionist hərbçilərlə toqquşmasında onlarla fələstinli yaralanıb.

Tashaio.com-ın məlumatına əsasən, Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, cümə axşamı günü gecə fələstinlilərin Nablusun şimal-qərbində yerləşən Bərqə kəndində qəsbkar sionist hərbçilərlə toqquşmasında azı qırx fələstinli yaralanıb.

Yaralılardan bəzilərinin bədən xəsarəti almalarına səbəb, sionist hərbçilərin rezin güllələr atmaları olub.

Digər tərəfdən, Şəhab informasiya agentliyi işğal edilmiş Əlnəqəb rayonunun Təl-Əssəbi kəndində toqquşmalar və şinlərin yandırılması barədə görüntü yayıb.

Əlcərməq teleqram kanalı da müəyyən görüntülər yayıb. Həmin görüntülərdə sionist həbrçilər Əlnəqəbdə yer ilə sürüdükləri fələstinli gənc qızı həbs edirlər.

İşğal olunmuş Fələstinin cənubunda yerləşən Əlnəqəb səhrası bir daha kəndlərin dağıdılmasının şahididir. Həmin kəndlərin sakinləri onlarla ildir ki, sionist rejimin onların öz əcdadlarının torpaqlarından çıxmaları üzrə bütün cəhdləri qarşısında müqavimət göstərirlər.

Fələstinlilərin İordan çayının qərb sahilində sionist hərbçilərlə toqquşmasında onlarla fələstinli yaralanıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-15-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap