header

 Məhəmməd Əl-Həlbusi yenidən İraq parlamentinin sədri seçilib

 Məhəmməd Əl-Həlbusi yenidən İraq parlamentinin sədri seçilib

Sünnilərin "Əl-Təqəddəm" siyahısına rəhbərlik edən Məhəmməd Əl-Həlbusi parlamentdə iştirak edən 228 deputatdan 200 nəfərinin səsini qazanaraq, ikinci müddət üçün İraq parlamentinin sədri seçilib.

Tashaio.com-ın məlumatına əsasən, İraqın yeni parlamenti rəsmən fəaliyyətə başlayıb və Məhəmməd əl-Həlbusi ikinci dəfə olaraq, spiker seçilib. Bu vəzifə siyasi razılaşmalara görə sünnilərə məxsusdur və iclasda iştirak edən ümumilikdə 228 deputatdan lehinə 200 səslə, iki sünni siyasi cərəyanını təmsil edən Əl-Həlbusi rəqibi Mahmud Əl-Məşhədanini üstələyib və seçilib.

M.M: İraqın abadlaşdırılması və problemlərin həlli, o cümlədən suverenliyin bərqərar olması və milli təhlükəsizliyin təmin edilməsi siyasi liderlərimizin tələbləri sırasındadır.

Baş nazir də şiələrin çoxluq təşkil etdiyi fraksiyaya aiddir. Fraksiya hələ də mövcudluğunu elan etməyib və o vaxta qədər bu posta namizəd məlum olmayacaq. Prezidentlik də kürdlərə məxsusdur. Və iki partiya  yəni "Kürdüstan  Vətən İttifaqı" partiyası və "Kürdüstan Demokratik" partiyası vu vəzifə uğrunda rəqabət aparırlar. 

M.M: Prezident postu ilə bağlı Kürdüstan Vətən İttifaqı Partiyası ilə intensiv danışıqlarımız olub. Məqsədimiz bu vəzifəyə namizəd irəli sürməkdir və təbii ki, bizim bu razılığa gəlmək üçün çoxlu fürsətimiz var.

Son seçkilərdə Sədr hərəkatı 73 mandatla birinci olub. sünnilərin Təqəddəm partiyası,  Nuri əl-Malikinin rəhbərlik etdiyi "Dövlətul-Qanun" siyasi cinahı və "Kürdüstan Demokratik" partiyası növbəti yerlərdə qərarlaşıblar. 

Siyasi qruplar arasında fikir ayrılıqları olsa da, reallıq göstərdi ki, iraqlılar ötən illərdə belə bir təcrübəyə malik olublar və fikir ayrılıqlarını aradan qaldırıblar. Xüsusən də onların prioriteti milli maraqlar olduğu zaman. 

Sünnilərin "Əl-Təqəddəm" siyahısına rəhbərlik edən Məhəmməd Əl-Həlbusi parlamentdə iştirak edən 228 deputatdan 200 nəfərinin səsini qazanaraq, ikinci müddət üçün İraq parlamentinin sədri seçilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-11-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap