header

 Brüsseldə minlərlə insan koronavirus məhdudiyyətlərinə qarşı etiraz aksiyası keçirib

 Brüsseldə minlərlə insan koronavirus məhdudiyyətlərinə qarşı etiraz aksiyası keçirib

Belçikanın paytaxtı Brüsseldə minlərlə insan küçələrə axışaraq, hökumətin koronavirusla bağlı tətbiq etdiyi məhdidiyyətlərə qarşı etiraz aksiyası keçirib.

Tashaio.com-ın məlumatına əsasən, "FARS" xəbər agentliyinin məlumatına görə, Belçika hökumətinin keçən həftə koronavirusla bağlı yeni tədbirləri dayandırmaq qərarına baxmayaraq, bazar günü minlərlə etirazçı paytaxt Brüsselin küçələrinə çıxaraq, koronavirus məhdudiyyətlərinə öz etirazlarını bildiriblər.

Azadlıq tələb edən maskasız nümayişçilər Belçika hökumətini müxtəlif yerlərə girmək üçün tələb olunan Covid-19 sertifikatını ləğv etməyə çağırıblar.

Nümayişdə azyaşlı uşaqlı ailələrdən tutmuş gənclərə qədər geniş spektrli Belçika vətəndaşları, həmçinin Avropa İttifaqının siyasətçiləri iştirak edirdi.

11 milyon əhalisi olan Belçikada hər gün orta hesabla 17 min 800-dən çox koronavirusa yoluxma faktı qeydə alınır.

Avropada koronavirusa yoluxanların sayı yenidən artmaqdadır və Almaniya, Avstriya, Hollandiya və Fransa hazırda koronavirusun yeni dalğası ilə üzləşiblər.

Son günlər Hollandiya və Almaniyada insanlar küçələrə çıxaraq, hökumətin koronavirusla bağlı tətbiq etdiyi məhdudiyyətlərə qarşı etiraz aksiyası keçiriblər. Aksiya polislə qarşıdurma ilə nəticələnib.

Belçikanın paytaxtı Brüsseldə minlərlə insan küçələrə axışaraq, hökumətin koronavirusla bağlı tətbiq etdiyi məhdidiyyətlərə qarşı etiraz aksiyası keçirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-10-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap