header

 “İran sağlam düşüncə ilə hərəkət etməlidir!”

 “İran sağlam düşüncə ilə hərəkət etməlidir!”

Türkiyə prezidenti İsrail rejiminin Azərbaycan ərazilərindən İrana qarşı plasdarm kimi istifadə etməsini inkar edərək, Tehranı “sağlam düşüncə” əsasında hərəkət etməyə çağırıb.

Tashaio.com-ın məlumatına əsasən, Rəcəb Təyyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib ki, İran sağlam düşüncə ilə hərəkət edərsə, onunla Azərbaycan arasında heç bir problem olmayacaqdır.

Ərdoğan öz fikrini izah etmək üçün əlavə edib: "Azərbaycan prezidenti İlham Əliyev qətiyyətli mövqedədir və heç bir güzəştə getmir. O, ölkəsinin İsrailə heç bir güzəşt etmədiyini söylədi. Və müxtəlif ölkələrlə necə davranırsa, İsraillə də bu cür əlaqələr qurduğunu bəyan etdi”.

Türkiyə dövlət başçısının sözlərinə görə, bu məsələlərdə ölkələr bir-birinin qərar mexanizmlərinə təsir etməməlidir və edə bilməz.

Qeyd edək ki, Ərdoğanın bu açıqlaması Türkiyədə İsrailə məxsus casusluq şəbəkəsinin ifşa olunması fonunda verilib. Digər tərəfdən bu, həm də İsraili uşaq qatili adlandıran Ərdoğanın əvvəlki mövqeyi ilə təzad təşkil edir.

Rəsmi Tehran dəfələrlə bildirib ki, İsrail rejiminin İran sərhədləri kənarında möhkəmlənməsinə dözməyəcək və lazım gələrsə, adekvat tədbirlər görəcəkdir. Ötən ay Xeybər Fatehləri adlı hərbi təlimlər də əslində bunun bir növ anonsu hesab olunur.

Türkiyə prezidenti İsrail rejiminin Azərbaycan ərazilərindən İrana qarşı plasdarm kimi istifadə etməsini inkar edərək, Tehranı “sağlam düşüncə” əsasında hərəkət etməyə çağırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-27-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap