header

 İsrail rejiminin hərbçiləri 49 fələstinlini yaraladı

 İsrail rejiminin hərbçiləri 49 fələstinlini yaraladı

Fələstin mənbələri İsrail rejiminin ordusunun basqınları nəticəsində onlarla fələstinlinin yaralandığını bildirib. Bazar ertəsi (18 oktyabr) axşam Əl-Qastal telegram kanalı hadisə ilə bağlı çəkilmiş video görüntünü yayımlayaraq, İsrail rejiiminin hərbçilərinin, işğal altında olan Qüdsün Nablus küçəsində gənc fələstinliləri təqib edərkən 49 nəfəri yaraladığını açıqlayıb.

"Tashaio.com"ın Yaxın Şərq KİV-nə istinadən verdiyi xəbərə görə, Bab Əl-Amud bölgəsində vəziyyət gərginləşməkdədir və İsrail rejiminin qoşunları kütləvi dəstələrdə bölgədə yerləşdirilib. Bu arada, cümə günü axşam İordan çayının qərb sahilində sionist rejimin qüvvələri ilə fələstinlilər arasında şiddətli toqquşmalarda 44 nəfər yaralanıb. Bundan əlavə İsrail rejiminin məlumat mənbələri, sionist rejimin işğal altında olan Fələstinin şimalındakı SAXAL hərbi bazasında İsrail rejiminin əsgərləri arasında baş verən daxili qarşıdurma zamanı 8 əsgərin yaralandığını bildirib. Məlumata əsasən, sionist rejimdən olan polislər hadisə ilə bağlı araşdırmalara başlayıb. Ötən ilin oktyabr ayında İsrail rejiminin Yerusalim Post qəzeti Har Keren poliqonunda İsrail rejiminin əsgərlərinin kütləvi toqquşması nəticəsində 21 nəfərin yaralandığını yazmışdı. Əsgərlərdən birinin hətta odlu silahla atəş açdığı qarşıdurmadan sonra bir neçə sionist əsgərinin xəstəxanaya yerləşdirilməsi haqqında məlumat verilmişdir. İsrail mənbələri bunu yeməkxana qarşısındakı növbədə baş verən şiddətli toqquşma ilə əlaqələndirir.

Fələstin mənbələri İsrail rejiminin ordusunun basqınları nəticəsində onlarla fələstinlinin yaralandığını bildirib. Bazar ertəsi (18 oktyabr) axşam Əl-Qastal telegram kanalı hadisə ilə bağlı çəkilmiş video görüntünü yayımlayaraq, İsrail rejiiminin hərbçilərinin, işğal altında olan Qüdsün Nablus küçəsində gənc fələstinliləri təqib edərkən 49 nəfəri yaraladığını açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-20-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap