header

 Beynəlxalq Amnistiya: “Sionist polisinin yeni qərarından narahatıq”

 Beynəlxalq Amnistiya: “Sionist polisinin yeni qərarından narahatıq”

Beynəlxalq Amnistiya təşkilatı İsrail rejiminin zorakılıq və cinayətkarlıqla mübarizə bəhanəsi ilə sionist polisinin məhkəmənin icazəsinə ehtiyac olmadan evlərdə axtarış aparmasına icazə verilməsi təklifindən sonra, işğalçı rejimin ədliyyə naziri Gideon Saarın təsdiq etdiyi qərarından dərin narahatlığını qeyd edib.

Tashaio.com Anadolu-ya istinadən xəbər verir ki, Beynəlxalq Amnistiya təşkilatının bəyanatında belə deyilir: “Bizim fikrimizcə, belə bir qərarın həyata keçirilmə forması və nəticələrinə dair bir çox şübhələr var və biz bu addımı şişirdilmiş və təzyiq olaraq görürük. Vətəndaşların təhlükəsizlik hüquqlarına heç bir töhfə vermədən əsas insan hüquqlarını pozacaq.

 

Eyni zamanda polislə Fələstin vətəndaşları arasında qalan bir neçə güvən qalıqlarını da sarsıdacaq. İsrail rejimində fələstinliləri öldürən və təkcə bu il 100-dən çox ərəb qurbanının həyatına son qoyan İsrail rejiminin şiddət və cinayət bəlasına qarşı mübarizədə belə bir addımının effektivliyinə dair ciddi şübhələr var.

 

Polisin bu gücdən istifadə etməsi, hər kateqoriyadan olan bütün vətəndaşların insan hüquqlarını pozması deməkdir”.

 

Oktyabrın 17-si Təl-Əviv rejimi Fələstin şəhərlərində sionist polislərinin istifadə etdiyi axtarış səlahiyyətlərini genişləndirmək üçün ədliyyə nazirinin təqdim etdiyi qanun layihəsini qəbul etmişdi.

 

KAN kanalının xəbərinə görə, qanun, xüsusən də ərəblərin yaşadığı şəhər və kəndlərdə şiddət və ümumiyyətlə cinayətlə mübarizədə atılacaq addımların bir hissəsidir.

Beynəlxalq Amnistiya təşkilatı İsrail rejiminin zorakılıq və cinayətkarlıqla mübarizə bəhanəsi ilə sionist polisinin məhkəmənin icazəsinə ehtiyac olmadan evlərdə axtarış aparmasına icazə verilməsi təklifindən sonra, işğalçı rejimin ədliyyə naziri Gideon Saarın təsdiq etdiyi qərarından dərin narahatlığını qeyd edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-20-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap