header

 Yəmən ordusu Məaribdə Səudiyyənin müttəfiqlərini mühasirəyə aldı

 Yəmən ordusu Məaribdə Səudiyyənin müttəfiqlərini mühasirəyə aldı

Səna hökumətinin nəzdindəki Yəmən Silahlı Qüvvələri Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin Məaribin şimalındakı dəstək xətlərini kəsərək mühasirəyə almağa müvəffəq olublar.

Tashaio.com xəbər verir ki, şəhərdəki mənbələrin verdiyi məlumata görə, Yəmən ordusu və inqilabi xalq komitələri (Ənsarullah) Əl-Cəvf vilayətinin şərqini və Məaribin şimalını ayıran bütün səhra bölgəsini nəzarətə götürüblər.

 

Yəmən ordusu Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin Əl-Cədəfər səhrasında sonuncu məskənlərinə qarşı da geniş hücum əməliyyatı başladıb.

 

Qarşıdurmalar nəticəsində koalisiya qüvvələri tərəfində döyüşən bir çox komandir öldürülüb və yaralanıb.

 

Bundan əlavə, Yəmən ordusu Nəcran vilayəti ilə üzbəüz Əl-Suhda muzdlulara qarşı hücum əməliyyatı başladıb.

 

Hücumun görüntüləri paylaşılıb. Bir çox muzdlu öldürülüb. Yəmən ordusu çoxlu sayda silah və sursat ələ keçirib.

 

Yəmən Xəbər Agentliyinə danışan yerli mənbələr İslah Partiyasının lideri Şeyx Əli bin Qəribin Əl-Qaidə yaraqlıları ilə görüşərkən görüşmə sahəsinə düşən iki raket nəticəsində öldürüldüyünü açıqlayıb.

 

 


 



Səna hökumətinin nəzdindəki Yəmən Silahlı Qüvvələri Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin Məaribin şimalındakı dəstək xətlərini kəsərək mühasirəyə almağa müvəffəq olublar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-06-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap