header

 Ramazan ayının 6 xüsusiyyəti

 Ramazan ayının 6 xüsusiyyəti

Ramazan ayının 6 xüsusiyyəti

Peyğəmbəri-Əkrəm (s) bir kəlamında orucun qəbul şərtləri ilə bağlı belə buyurmuşdur:
 
اِنَّ مَن تَمَسَّکَ فی شَهرِ رَمَضانَ بِسِتِّ خِصَالٍ غَفَرَ اللهُ لَهُ ذُنوبَهُ
 
“Hər kim Ramazan ayında altı xislətə sahib olarsa, Allah-Taala onun günahlarını bağışlayar...”
 
Allah-Taala Ramazan ayında oruc tutanlardan altı sənəd və zəmanət istəyir. Hər kim həmin sənədləri təqdim edə bilsə, Allah-Taala da onun günahlarını bağışlayacaq və tutduğu orucunun savab və mükafatının nə qədər olduğunu da Allah-Taaladan başqa heç kim bilməyəcək. Həmin altı sənəd və zəmanət bunlardan ibarətdir:
 
1. أن یَحفَظَ دینَهُ – Birinci şərt odur ki, oruc tutan insan dinini qorumalı, dini və etiqadının zəifləməsinə səbəb olan amilləri aradan qaldırmalıdır.
 
2. وَ یَصُونَ نَفسَه – İkincisi odur ki, öz nəfsini qorumalı, özünü kontrolda saxlamalı, küçə-bazarlarda özünü fitnə-fəsadlar və ona üz tutan günahlar dalğası müqabilində möhkəm dayanmağı bacarmalıdır.
 
3. وَ یَصِلَ رَحِمَهُ – Üçüncüsü odur ki, qohum-əqrəbasına baş çəkməli, kin-küdurətlərə son qoyub yaxınları ilə əlaqəni möhkəmləndirməlidir.
 
4. وَلا یُؤذِیَ جَارَهُ – Dördüncü odur ki, qonşularını incitməməlidir.
 
5. وَ یَرعَی إخوانَهُ – Beşincisi odur ki, insanların hüquqlarını gözləməli, riayət etməldir.
 
6. وَ یَخزُنَ لِسَانَهُ – Altıncısı isə odur ki, ki, dilini (dil günahlarından) qorumalıdır. (“Mustədrəkul-vəsail”, c.7, səh.370.)
 
Qeyd edilən şərtlərin 3-ü həqqün-nasdır – başqalarının hüquqlarına aiddir: qohumluq əlaqələrinin möhkəmlənməsi, qonşulara diqqət və insanların hüquqlarına riayət. Digər 3-ü isə insanın özünə aiddir: dinin, nəfsin və dilin qorunması. Peyğəmbəri-Əkrəm (s) buyurur ki, hər kim bu altı şərtə və xüsusiyyətə əməl edə bilsə, qeyd edilən hədiyyələri qazanacaq və onlardan bəhrələnəcək.
Ramazan ayının 6 xüsusiyyəti
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-13-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap