header

 HƏMAS: “İsrail rejimi savaşa meyillidir”

 HƏMAS: “İsrail rejimi savaşa meyillidir”

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) sionist İsrail rejiminin işğal edilmiş Fələstin ərazilərində törədilmiş hərbi cinayətlərinin istintaqı ilə əlaqədar Haaqa Tribunalı ilə əməkdaşlıqdan imtina etməsini, İsrail rejiminin beynəlxalq qurumlar və qərarlar qarşısında sionist rejimin savaşa meyilli düşüncə tərzinin təzahürü kimi qiymətləndirib.

Tashaio.com Palinfo-ya istinadən xəbər verir ki, HƏMAS-ın sözçüsü Hazim Qasım mövzu ilə əlaqədar verdiyi açıqlamasında, İsrail rejiminin rəhbərliyinin özünü qanundan üstün hesab etdiyini, özünü hesabat verməyən rejim olaraq tanıdığını və bu məntiqlə hərəkət etdiyini vurğulayıb.

 

“Haaqa Tribunalı tərəfindən aparılan istintaq beynəlxalq qurumların qərarlarını tətbiq etmək, ədaləti təmin etmək və cinayətkarları cəzalandırmaq üçün bir sınaqdır”, - deyə o, bildirib.

 

İsrail rejiminin baş naziri Binyamin Netanyahu hərbi nazir Benni Qantz, baş prokuror Avixai Mandelblit və təhlükəsizlik xidmətinin yüksək vəzifəli şəxsləri ilə aprelin 8-də keçirdiyi görüşdə, Haaqa Tribunalının baş prokuroru Fatu Bensudanın İsrail rejiminə qarşı istintaq açma səlahiyyətinin olmadığını və İsrail rejiminin bu mövzuda Haaqa Tribunalı ilə əməkdaşlıqdan imtina edəcəyini bildirməyə qərar vermişdi.

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) sionist İsrail rejiminin işğal edilmiş Fələstin ərazilərində törədilmiş hərbi cinayətlərinin istintaqı ilə əlaqədar Haaqa Tribunalı ilə əməkdaşlıqdan imtina etməsini, İsrail rejiminin beynəlxalq qurumlar və qərarlar qarşısında sionist rejimin savaşa meyilli düşüncə tərzinin təzahürü kimi qiymətləndirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-11-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap