header

 İsrail rejiminin hərbi naziri Haaqa Tribunalında mühakimə ediləcəyindən narahatdır

 İsrail rejiminin hərbi naziri Haaqa Tribunalında mühakimə ediləcəyindən narahatdır

Fələstinə qarşı hərbi cinayətləri iddiasında Haaqa Tribunalının sionist rejimin rəsmilərinə qarşı mümkün hərəkətindən narahatlığını dilə gətirən İsrail rejiminin hərbi naziri, yüzlərlə digər sionistin bu məhkəmənin hədəfində olduğunu söyləyib.

Tashaio.com Farsnews-a istinadən xəbər verir ki, İsrail rejiminin hərbi naziri Benni Qantz, Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa Tribunalı) Fələstinə qarşı hərbi cinayətləri iddiasında onu və İsrail rejiminin yüzlərlə digər rəsmisini mühakimə edəcəyini söyləyib.

Qantz Reuters-ə verdiyi müsahibəsində, keçən ay Haaqa Tribunalının İsrail rejiminin fələstinlilərə qarşı hərbi cinayətləri işinə baxmasını tribunalın təmin etməsi qərarını "mənfi bir inkişaf" olaraq xarakterizə edib və Təl-Əvivin məhkəmə qarşısında öz səlahiyyətlilərini qorumaq üçün çalışacağına söz verib.

 

O, məhkəmənin istintaqa başlayacağı təqdirdə, İsrail rejiminin yüzlərlə rəsmisinin başqa ölkələrdə tutula biləcəyini təxmin edib.

 

İsrail rejiminin fələstinlilərə qarşı cinayətlərini mühakimə etmək üçün bir plan həyata keçirən Haaqa Tribunalının prokuroru Fatu Bensuda, təxminən iki həftə əvvəl Təl-Əvivin təzyiqindən sonra istefa verdi.

Bundan sonra, 50 yaşlı britaniyalı vəkil Kərim Xanın Haaqada hərbi cinayətləri məhkəməsinin yeni prokuroru və Bensudanın varisi olaraq təyin edilməsi sionist rejimi tərəfindən məmnuniyyətlə qarşılandı.

 

Bir neçə gün əvvəl Axios saytı İsrail rejiminin rəsmilərinə istinad edərək, rejimin baş nazirinin ABŞ-ın prezidenti Baydenlə etdiyi ilk telefon danışığında Trampın Haaqa Tribunalına tətbiq etdiyi sanksiyaların davam etdirilməsinə istədiyini yazmışdı.

Fələstinə qarşı hərbi cinayətləri iddiasında Haaqa Tribunalının sionist rejimin rəsmilərinə qarşı mümkün hərəkətindən narahatlığını dilə gətirən İsrail rejiminin hərbi naziri, yüzlərlə digər sionistin bu məhkəmənin hədəfində olduğunu söyləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-03-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap