header

 Mənə Əlidən (ə) danış!

 Mənə Əlidən (ə) danış!

Mənə Əlidən (ə) danış!

Əbu Salehdən belə nəql olunur:

دَخَلَ ضِرارُ بنُ ضَمرَةَ الكِنانِيُّ عَلى مُعاوِيَةَ، فَقالَ لَهُ: صِف لي عَلِيًّا، فَقالَ: أوَ تُعفيني يا أميرَ المُؤمِنينَ؟ قالَ: لا اُعفيكَ. قالَ: أمّا إذ لابُدَّ... فَأَشهَدُ بِاللّهِ لَقَد رَأَيتُهُ في بَعضِ مَواقِفِهِ وقَد أرخَى اللَّيلُ سُدولَهُ، وغارَت نُجومُهُ، يَميلُ في مِحرابِهِ قابِضاً عَلى لِحيَتِهِ، يَتَمَلمَلُ تَمَلمُلَ السَّليمِ، ويَبكي بُكاءَ الحَزينِ، فَكَأَنّي أسمَعُهُ الآنَ وهُوَ يَقولُ: يا رَبَّنا يا رَبَّنا ـ يَتَضَرَّعُ إلَيهِ ـ ثُمَّ يَقولُ لِلدُّنيا: إلَيَّ تَغَرَّرتِ؟ ! إلَيَّ تَشَوَّفتِ؟ ! هَيهاتَ هَيهاتَ، غُرّي غَيري، قَد بَتَتُّكِ ثَلاثًا، فَعُمُرُكِ قَصيرٌ، ومَجلِسُكِ حَقيرٌ، وخَطَرُكِ يَسيرٌ، آهِ آهِ مِن قِلَّةِ الزّادِ، وبُعدِ السَّفَرِ، ووَحشَةِ الطَّريقِ. فَوَكَفَت دُموعُ مُعاوِيَةَ عَلى لِحيَتِهِ ما يَملِكُها، وجَعَلَ يُنَشِّفُها بِكُمِّهِ وقَدِ اختَنَقَ القَومُ بِالبُكاءِ، فَقالَ: كَذا كانَ أبُو الحَسَنِ ؛ كَيفَ وَجدُكَ عَلَيهِ يا ضِرارُ؟ قالَ: وَجدُ مَن ذُبِحَ واحِدُها في حِجرِها، لا ترَقَأُ دَمعَتُها ولا يَسكُنُ حُزنُها. ثُمَّ قامَ فَخَرَجَ.

Zirar ibn Kinani, Müaviyənin yanında ikən Müaviyə ona dedi: “Mənə Əlidən danış!” O dedi: “Ey möminlərin əmiri, məni (bu məsələdə) üzrlü bil!” Müaviyə dedi: “Səni üzrlü hesab edə bilmərəm.” Zirar dedi: “Əgər çarə yoxdursa,... Allah şahiddir ki, bəzən gecələr qaranlıq çökdüyü və ulduzlar görünməz olduğu zaman o (Əli (ə)), mehrabında saqqalını əlinə alıb o tərəf–bu tərəfə çevrilir, ilan çalan kimi qıvrılır, qəm-qüssədən naləsi kəsilmirdi. Sanki elə indi də səsi qulağımdadır ki, deyirdi: “İlahi! İlahi!” Sonra zar-zar ağlayır, dünyaya xitab edərək deyirdi: “Mənimi aldadırsan? Mənəmi gözünü dikibsən? Xam xəyaldır, xam xəyaldır! Sən (get) başqasını aldat. Mən səni üç dəfə boşamışam. Daha ömrün qısa, məqamın dəyərsiz və təhlükən yüngüldür. Ah, ah! Azuqəm az, səfər uzun, yol isə qorxuludur!” Bu zaman Müaviyənin göz yaşları ixtiyarsız saqqalına süzüldü. O, köynəyinin bir tərəfi ilə göz yaşlarını qurudarkən camaatı da qəhər basdı. Müaviyə dedi: “Bəli, ey Zirar, Əbülhəsən (Əli) belə adam olub. Bəs, sənin ona qarşı sevgin varmı?” Zirar dedi: “Qabağında övladının başı kəsilən, göz yaşları qurumayan və qəm-qüssəsi qurtarmayan bir qadın kimi!” Sonra o, ayağa qalxıb məclisi tərk etdi.” (“Hilyətül-övliya”, c.1, səh.84.)

Mənə Əlidən (ə) danış!
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-25-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap