Xırdalandakı partlayışda ölən qadının azyaşlı qızı dağıntılar altında axtarılır
Posted on :
Digər sahələr
01/26/2021
Dünən Xırdalanda fərdi yaşayış evində baş verən partlayışda ölən şəxs 33 yaşlı qadındır.
Tashaio.com xəbər verir ki, dağıntılar altından 1988-ci il təvəllüdlü Aytən Musayevanın cəsədi tapılıb.
Onun digər ailə üzvləri - əri Vüsal Musayev və 12 yaşlı oğlu Firudin sağ çıxarılaraq xəstəxanaya yerləşdirilib. Hazırda A.Musayevanın digər azyaşlı qızı 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızının axtarışları davam etdirilir.
Abşeron rayonu Xırdalan şəhərində binada baş vermiş partlayış nəticəsində dağıntılar altından çıxarılanlar aşağıdakılardır:
- Musayeva Ziyafət Qafar qızı;
- Musayev Vüsal Firudin oğlu;
- Musayev Firudin Vüsal oğlu, 2009-cu il təvəllüdlü;
- Gözəl Səmədova;
- Əliyev Emil Arif oğlu;
- Hüseynov Arif Əbülfət oğlu;
- Ələzova Simayə Mövlud qızı;
- Şükürzadə Xədicə Bəxtiyar qızı.
Hadisə yerində olan Təcili Tibbi Yardım xidməti əməkdaşlarının verdiyi məlumata görə, ümumilikdə hadisə bağlı 9 nəfər müraciət edib.