HƏMAS Körfəz anlaşmasını alqışladı
HƏMAS Körfəz anlaşmasını alqışladı
Posted on : Digər sahələr 01/10/2021
Körfəz bölgəsində əldə olunan razılaşma Fələstin məsələsinin lehinə ortaq çalışmaları gücləndirəcək əhəmiyyətli addımdır.
Tashaio.com xəbər verir ki, bunu HƏMAS-ın Siyasi Büro rəhbəri İsmayıl Həniyyə deyib.
“Bu bəyannamə qardaşlar arasındakı böhran və qarşıdurmaya son qoyaraq hər sahədə daha çox əməkdaşlığa, inteqrasiyaya və inkişafa aparacaq. HƏMAS Səudiyyə Ərəbistanının islam dünyası üçün göstərdiyi səyləri yüksək qiymətləndirir”, - Həniyyə bildirib.
Qeyd edək ki, Körfəz ölkələri Qətərlə münasibətlərin normallaşması barədə qərar qəbul edib.