"Husi"lər Yəməndə hərbi hava bazasına nəzarəti ələ keçirib
Posted on : Təhlil 10/16/2017 12:59:39 PM
"Husi"lər Adən şəhərinin 60 km-də yerləşən hərbi hava bazasına nəzarəti əllərinə keçirib
Tashaio.com “İtar-tass”-a istinadən
verdiyi xəbərə görə, "Ənsarallah" təşkilatı və xalq hərbi birləşmələri
Yəmənin Adən şəhərinin 60 km şimalında yerləşən hərbi hava bazasının öz nəzarətləri
altına keçiriblər.
Qeyd edək ki, ötən bazar günü
"Husi"lər və xalq azadlıq batalyonları Yəmənin üçüncu böyük şəhəri
olan Taizi öz nəzarətləri altına keçiriblər. Daha sonra "Husi" hərəkatı
və xalq azadlıq batalyonları qaçaq prezident Mansur Hadinin qanunsuz olaraq müvəqqəti
paytaxt elan etdiyi Adən şəhərini azad etməsi üçün oraya hərəkət etməyə
başlayıblar.