header

 Ayətullah Seyyid Həsən Amili: "Qarabağda döyüşməyə hazıram"

 Ayətullah Seyyid Həsən Amili: "Qarabağda döyüşməyə hazıram"

Ayətullah Seyyid Həsən Amili: "Qarabağda döyüşməyə hazıram"

İranın ali dini lideri Ayətullah Xameneinin Ərdəbil əyalətindəki nümayəndəsi Ayətullah Seyid Həsən Amili cümə namazı xütbəsində Dağlıq Qarabağda baş verənlərdən danışıb.

Qarabağda döyüşməyi arzuladıqlarını deyən Ayətullah Seyyid Həsən Amili qeyd edib ki, Qarabağ İslam dünyasının bir parçasıdır və Azərbaycana qaytarılmalıdır: “İranın ali dini lideri buyurub ki, Qarabağ İslam diyarıdır və bu diyarda baş verən hadisə nəticəsində dünyasını dəyişən şəxs şəhid sayılır.

Şəxsən mən özüm münasib şəraitin olduğu təqdirdə, Qarabağa gedib üzərimdə olan borcu yerinə yetirmək istəyirəm.

Ərdəbil əyalətində çalışan dövlət qurumları da Azərbaycan millətinin qan, tibbi ləvazimat və digər ehtiyaclarını ödəmək üçün heç nəyi əsirgəməsinlər. Bu gün Qarabağda baş verən hadisələr əslində Stalinin üzdəniraq planlarından qaynaqlanır. Əslində təkcə Qarabağ deyil, həm də Stalin dövründə onun tərəfindən millətlər arasında ixtilaf salmaq kimi mənfur niyyətlərlə dəyişdirilmiş sərhədlər dəyişdirilməli və Azərbaycana qaytarılmalıdır”.

Ayətullah Seyyid Həsən Amili: "Qarabağda döyüşməyə hazıram"
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-03-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap