header

 Ukraynada təyyarə qəzası nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB

 Ukraynada təyyarə qəzası nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB

Ukraynada baş vermiş təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin son məlumatında qeyd olunub.
 
Məlumata görə, təyyarənin göyərtəsində 27 nəfər olub. İnsident nəticəsində onlardan 25 nəfəri dünyasını dəyişib.
 
Xarkov vilayəti yaxınlığında göyərtəsində kursantların olduğu hərbi təyyarənin qəzaya uğramasından sonra Baş Prokurorluq tərəfindən “uçuş qaydalarının və ona hazırlığın pozulması” maddəsi ilə cinayət işi başlanılıb.
 
“Bu dəqiqəyə olan məlumata görə, aviaqəza zamanı 25 nəfər ölüb, 2 yaralı ağır vəziyyətdə tibb müəssisələrinə aparılıb, qalanlarının axtarışı davam edir”, - deyə Baş Prokurorluqdan yayılan məlumatda qeyd olunub./RİA Novosti
 
 * * * 
Ukraynanın Xarkov vilayəti yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus “AN 26” təyyarəsi qəzaya uğrayıb.
 
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, qəza nəticəsində 22 hərbçi ölüb, iki nəfər xəsarət alıb.
 
Daha 4 nəfərin taleyi isə naməlumdur. Təyyarənin göyərtəsində olanların 21-i kursant, 7-si isə zabit olub.
Ukraynada baş vermiş təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-26-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap