Hindistan Çindən ordusunu çəkməsini tələb etdi
Hindistan Çindən ordusunu çəkməsini tələb etdi
Posted on : Digər sahələr 08/03/2020
Hindistanın quru qoşunları nümayəndələri Çin hərbçiləri ilə keçirdiyi danışıqların 5-ci mərhələsində Şərqi Ladaxda faktiki nəzarət xəttindən tamamilə və tez bir müddətdə hərbçilərin çəkilməsini tələb edib.
Bu barədə bu gün “Hindustan Times” qəzeti hərbi mənbələrə istinadən məlumat verib.
Qoşunların çəkilməsindən sonra Hindistan və Çinin bu mübahisəli ərazidə status-kvonu bərpa etməyə başlayacağı, Hindistan və Çin qoşunları tərəfindən patrul hərəkətinə dair protokolun imzalana biləcəyi qeyd edilib.
"Qoşunların tam çıxması, Ladaxda Çin ordusunun yollarının çəkilməsi, orada Çin fiber-optik rabitə xətlərinin çəkilməsi və hərbi mövqelərin təchiz edilməsi prosesinin sürətlə getməsi ilə əlaqədar olaraq gələcəkdə Hindistan və Çin arasında ikitərəfli danışıqların yüksək siyasi və diplomatik səviyyədə aparılması zəruri ola bilər", - deyə mənbə qeyd edib.