header

 ABŞ-da qaradərili vətəndaşın öldürülməsi etirazlara səbəb oldu - Video

 ABŞ-da qaradərili vətəndaşın öldürülməsi etirazlara səbəb oldu - Video

ABŞ-ın Minneapolis əyalətində polis tərəfindən saxlanılan Corc Floyd adlı qaradərili şəxsin öldürülməsi etirazlara səbəb olub.

Musavat.com xarici KİV-lərə istnadən bildirir ki, Corc Floydun ölümünün ardından minlərlə insan küçəyə axışaraq, etiraz aksiyası keçirib. Nümayişçilər “Corc Floyd üçün ədalət!” deyərək bir ağızdan səsləniblər.
 
Polis nümayişi dağıda bilmədiyi üçün gözyaşardıcı qazdan istifadə edib.
 
Minneapolis bələdiyyə rəhbəri Cakob Frey isə Corc Floydun öldürüldüyünü əks etdirən videonu sosial şəbəkədə paylaşaraq “Amerikada qaradərili olmanın cəzası ölüm olmamalı” deyə yazıb. Bələdiyyə rəhbəri daha sonra qeyd edib:
 
“5 dəqiqə boyunca ağdərili bir polisin dizini qaradərili adamın boynuna sıxdığını izlədik. 5 dəqiqə... Biri kömək istəyəndə ona kömək etmək lazımdır. Həmin polis isə ən azı bir insan kimi də davranmadı”.
 
Məlumata görə, Corc Floyd yerdə hərəkətsiz qaldıqdan sonra polis təcili tibbi yardım çağırıb. Lakin o, artıq keçinmiş olub. Minneapolisin polis idarəsindən verilən məlumatda isə bildirilir ki, Corc xəstəxanaya çatdırıldıqdan sonra tibbi problemlərdən dünyasını dəyişib. Halbuki hadisə zamanı ətrafda olanların çəkdiyi videogörüntülərdən də aydın görmək olur ki, Corc polisin onun boynunu sıxmasının ardından yerdə hərəkətsiz halda qalır. Məlumatda o da qeyd edilir ki, hadisədə iştirak edən polislər artıq işlərindən azad olunub və barələrində araşdırma aparılır.
 
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə ağdərili polisin yerdə uzanan 40 yaşlarındakı Corcun boynuna dizini basaraq, digər polis yoldaşlarını gözlədiyini əks etdirən vieogörüntülər yayılıb. Videoda qaradərili Corc dəfələrlə “Lütfən, nəfəs ala bilmirəm” deyib, dəqiqələr boyunca yalvarsa da, polisin ona əhəmiyyət vermədiyi və sonda Corcun hərəkətsiz qaldığı görünür.
 
Bu hadisə 2014-cü ildə Nyu-Yorkda baş verən hadisəni xatırladıb. Həmin hadisədə də 6 uşaq atası olan 43 yaşlı qaradərili Qarner küçədə aksiz markası olmayan siqaret satdığı üçün polis tərəfindən saxlanılmışdı. Polis onun boğazını bərkdən sıxarkən o, “nəfə ala bilmirəm” desə də, polis əhəmiyyət verməmiş və bir neçə dəqiqə sonra Qarnerin vəziyyəti pisləşmişdi. Onu xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmamışdı. Hadisəni törədən 33 yaşlı polis saxlanılsa da, sonradan günahsız olduğu deyilərək, azad edilmişdi.

ABŞ-ın Minneapolis əyalətində polis tərəfindən saxlanılan Corc Floyd adlı qaradərili şəxsin öldürülməsi etirazlara səbəb olub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-27-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap