Parisdəki polis zorakılığına qarşı nümayiş
Posted on :
Digər sahələr
05/18/2020
Fransanın paytaxtı Parisdə polisin bir nəfərin ölümünə səbəb olmasına etiraz olaraq nümayiş təşkil edilib.
Tashaio.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Parisin Argenteuil rayonunda polis zorakılığına qarşı keçirilən aksiyada nümayişçilərlə polis arasında dava düşüb.
Aksiya iştirakçıları fişəng atdıqdan və bir çox zibil qutusunu, avtobus dayanacağını yandırdıqdan sonra polis gözyaşardıcı qazla müdaxilə edib.
Qeyd edək ki, dünən gecə Argenteul şəhərində 18 yaşlı motosiklet sürücüsü elektrik dirəyinə dəyməsi nəticəsində ağır yaralanıb və müalicə aldığı xəstəxanada vəfat edib. Fransa mətbuatına açıqlama verən şahidlər, polis avtomobilinin onun yolunu kəsdiyini və vurduğunu söyləyiblər.
Polisdən verilən açıqlamada, sürücüyə heç bir müdaxilənin olunmadığı bildirilir.