Hərbi qulluqçularının ehtiyata buraxılmasında dəyişiklik nəzərdə tutulmayıb
Hərbi qulluqçularının ehtiyata buraxılmasında dəyişiklik nəzərdə tutulmayıb
Posted on : Digər sahələr 03/23/2020
Hərbi qulluqçularının ehtiyata buraxılmasında dəyişiklik nəzərdə tutulmayıb
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə bağlı son günlər sosial şəbəkələrdə aparılan əsassız müzakirələr və bununla əlaqədar əsgər valideynlərinin narahatlığını nəzərə alaraq, Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunda xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasında hazırda hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb.
Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır.