header

 Kreml: “Putin İdlibdə ekstremist qrupların təcavüzkar hərəkətlərindən ciddi narahatdır”

 Kreml: “Putin İdlibdə ekstremist qrupların təcavüzkar hərəkətlərindən ciddi narahatdır”

Rusiyanın prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında, Suriyanın İdlib bölgəsindəki ekstremist qrupların aqressiv hərəkətlərinə görə narahat olduğunu bildirib.

Tashaio.com Sputnik-ə istinadən xəbər verir ki, Kremldən verilən açıqlamada, Türkiyə tərəfinin təşəbbüsü ilə Putin və Ərdoğan arasında telefon danışığının reallaşdığı bildirilir: “Bir daha diqqət İdlib gərginliyi azaltma bölgəsindəki vəziyyətə yönəldildi. Vladimir Putin ekstremist qrupların davam edən təcavüzkar hərəkətlərindən ciddi narahatlıqlarını qeyd etdi. Suriyanın suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət edilməli olduğu vurğulandı”.

 

Rusiya və Türkiyə liderlərinin İdlibdəki gərginliyin azaldılması, atəşkəsin təmin edilməsi və terror təhdidinin yox edilməsi üçün nazirliklər arası ikitərəfli danışıqların genişləndirilməsi qərarını verdiyi bildirilib. Liderlər həmçinin müdafiə nazirlikləri arasındakı əməkdaşlığın ciddi şəkildə davam etdiyini də təsdiqləyiblər.

Rusiyanın prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında, Suriyanın İdlib bölgəsindəki ekstremist qrupların aqressiv hərəkətlərinə görə narahat olduğunu bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-23-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap