İsrail rejimi Qəzzaya hava hücumu təşkil etdi
Posted on :
Digər sahələr
02/10/2020
Bazar ertəsi (10 fevral) sübh saatlarında İsrail rejiminin ordusu Qəzzanın cənubundakı Xan Yunis sahil bölgəsinə bir çox hava hücumu təşkil edib.
Rutply-nin görüntülərində Xan Yunisin gecə səmasını işıqlandıran partlayışlar göstərilir.
İsrail rejiminin Müdafiə Qüvvələri (İDF) hava hücumunun HƏMAS-ın strateji mövqelərini, o cümlədən təlim düşərgəsi və hərbi infrastrukturunu hədəfə aldığını söyləyib.
Hava zərbəsinin Qəzzadan İsrail rejiminə atılan raketlərə cavab olaraq baş verdiyi qeyd edilib.