header

 Qarabağ qazisi vəfat etdi

 Qarabağ qazisi vəfat etdi

Döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanan hərbçi Qoşqar Hacıyev vəfat edib.

“Report”un xəbərinə görə, o, ötən gecə “Ege Hospital”da dünyasını dəyişib.

 
Qeyd edək ki, Q.Hacıyev 1986-ci ildə Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib. 
 
2015-ci ilin sentyabrın 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanıb. Onun müalicəsi yerli tibb müəssisələri ilə yanaşı, Türkiyənin Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında aparılıb.
 
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Q.Hacıyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Onun medalı 2019-cu ilin aprelin 20-də Gülhanə xəstəxanasında müalicə olunan zaman ailəsinə təqdim olunub. 
 
Allah rəhmət eləsin! 
Döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanan hərbçi Qoşqar Hacıyev vəfat edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-10-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap