header

 Misir Darul-Fətva İdarəsi Əhli-beyti (ə) sevmək barədə fətva verib

 Misir Darul-Fətva İdarəsi Əhli-beyti (ə) sevmək barədə fətva verib

Misir Darul-Fətva İdarəsi özünün rəsmi Feyzbuk səhifəsində Peyğəmbərin (s) Əhli-beytini fəzilət və təqva cəhətindən ən böyük ailə hesab edib, onlara sevgi və hörməti zəruri sayıb.

Darul-Fətva bu fətvasında “Səhih-Müslim”də Peyğəmbərdən (s) nəql edilmiş hədisə istinad etmişdir: 

أُذَكِّرُكُمُ اللهَ فِي أَهْلِ بَيْتِي، أُذَكِّرُكُمُ اللهَ فِي أَهْلِ بَيْتِي، أُذَكِّرُكُمُ اللهَ فِي أَهْلِ بَيْتِي

“Sizə tövsiyə edirəm ki, Allaha xatir Əhli-beytimi unutmayın! Sizə tövsiyə edirəm ki, Əhli-beytimi unutmayın. Sizə tövsiyə edirəm ki, Əhli-beytimi unutmayın!”

Fətva mərkəzi öz istinadının davamında “Sünəni-Tirmizi” kitabından digər bir hədis gətirmişdir. Bu hədisdə
  Peyğəmbər (s) İmam Hüseyn (ə) haqda buyurur:

حُسَيْنٌ مِنِّی وَأَنَا مِنْ حُسَيْنٍ أَحَبَّ اللَّهُ مَنْ أَحَبَّ حُسَيْناً

“Hüseyn məndəndir və mən Hüseyndənəm. Hüseyni sevəni Allah sevir.”

Başqa bir hədisdə gəlmişdir ki, Allahın rəsulu (s) Həsən və Hüseynin əlindən tutub buyurdu:

مَنْ أَحَبَّنِي وَأَحَبَّ هَذَيْنِ وَأَبَاهُمَا وَأُمَّهُمَا، كَانَ مَعِي فِي دَرَجَتِي يَوْمَ الْقِيَامَةِ

“Hər kim məni, bu iki nəfəri (Həsən və Hüseyni) və bunların ata və anasını sevsə, Qiyamət günü mənimlə eyni dərəcədə olacaq.”
(Bu hədis də “Müsnədi-Əhməd”, hədis 543-də nəql olunmuşdur)

Misir Darul-Fətva İdarəsi təkid etmişdir ki, müsəlmanlar bu ailəyə hörmətlə yanaşmalıdır. Çünki bu ailə Peyğəmbərin (ə) pak və ismətli nəslidir.
Misir Darul-Fətva İdarəsi özünün rəsmi Feyzbuk səhifəsində Peyğəmbərin (s) Əhli-beytini fəzilət və təqva cəhətindən ən böyük ailə hesab edib, onlara sevgi və hörməti zəruri sayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-27-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap