header

 ATƏT sədri: Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi təhlükəsi hələ də var

 ATƏT sədri: Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi təhlükəsi hələ də var

"ATƏT Dağlıq Qarabağda sülhə nail olmaq üçün konkret addımları dəstəkləməyə hazırdır".

Bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən iclasında bu təşkilatın hazırkı sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçak bildirib.
 
O deyib ki, Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi təhlükəsi gerçək olaraq qalır.
 
M.Layçak Moldovanın Trans-Nistru bölgəsində son illər əldə edilən irəliləyişin pozulması ehtimalının olduğunu da diqqətə çatdırıb.
 
“Böhran və münaqişələrin həlli üçün əlimdə hansısa sehrli çubuq yoxdur. Münaqişələri həll etmək üçün dialoq yaradılması üçün ATƏT-in yeni kanallar açmaq səylərinin hədsiz dəyərə malik olduğunu düşünürəm. Biz sülhə nail olmaq üçün konkret addımları dəstəkləməyə hazırıq”, - ATƏT sədri vurğulayıb.
"ATƏT Dağlıq Qarabağda sülhə nail olmaq üçün konkret addımları dəstəkləməyə hazırdır".
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-05-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap