header

 “Müəzzinzadə Ərdəbili Ailəsi Evi” mədəni-tarixi əsər kimi qeydiyyata alındı

 “Müəzzinzadə Ərdəbili Ailəsi Evi” mədəni-tarixi əsər kimi qeydiyyata alındı

Ərdəbil Əyaləti Mədəni İrs, Əl Sənayesi və Turizm idarəsinin müdiri “Müəzzinzadə Ərdəbili Ailəsi Evi”-nin Mədəni İrs Nazirliyi tərəfindən milli mədəni-tarixi əsər kimi qeydiyyata alınıdğını deyib.

Redaksiyamızın Ərdəbil Əyaləti Mədəni İrs, Əl Sənayesi və Turizm idarəsinin ictimai əlaqələr bölməsinə istnadla verdiyi xəbərə görə, Nadir Fəllahi deyib: “Müəzzinzadə Ərdəbili ailəsinə məxsus tarixi ev Ərdəbilin Tazəşəhr məscidinin yanında yerləşir. Evin mədəni irs kimi qeydiyyata alınması üçün hüquqi və qanuni işləri başa çatdıqdan sonra Mədəni İrs nazirliyi tərəfindən qeydiyyata alınıb.

Mədəni-tarixi ev 26 iyunda qeydiyyata alınmışdı və bu gün İrs Nazirliyi onun qeydiyyatının başa çatdığını elan etdi.”

İdarənin rəhbəri əlavə edib: “Müəzzinzadə ailəsi, xüsusilə də ölkədə incəsənət və din xadimləri kimi iftixar sahibləri Rəhim və Səlim Müəzzinzadələr bu tarixi evdə yaşayıblar.”

Fəllahi bunu da bildirib ki, bu əsər barədə hər hansı müdaxilə, mənimsəmə, yaxud onun xarab olmasına, ya kimliyinin dəyişməsinə səbəb olacaq hərəkət cinayət hesab olunacaq.

Ərdəbil Əyaləti Mədəni İrs, Əl Sənayesi və Turizm idarəsinin müdiri “Müəzzinzadə Ərdəbili Ailəsi Evi”-nin Mədəni İrs Nazirliyi tərəfindən milli mədəni-tarixi əsər kimi qeydiyyata alınıdğını deyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-05-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap