Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Quran İnstitutu tərəfindən qadınlar arasında Quran yarışması keçiriləcək.
Tashaio.com İQNA-ya istinadən xəbər verir ki, 14-cü dəfə baş tutacaq bu müsabiqə “Fatima binti Mübarək” adı ilə keçiriləcək.
Müsabiqənin təşkilat komitəsinin rəhbəri İbrahim Muhammed Bumelhə yarışmaya 120 ölkədən iştirakçının qatılacağını bildirib.
1 oktyabrda keçiriləcək müsabiqəyə 25 yaşdan aşağı olan iştirakçılar buraxılacaq. Qalibə 250 min dirhəm (təxminən 115 min manat) mükafat veriləcə. 2-ci yer 200 min, 3-cü yer isə 150 min dirhəm qazanacaq.