header

 Pelosi Trampa qarşı cinayət işinin qaldırılmasına dəstək verib

ABŞ konqresinin nümayəndələr palatasının sədri prezidentə qarşı cinayət işinin qaldırılması istiqamətində bu ölkə qanunlarının dəyişdirilməsinə dəstək verib.

ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosi deyib ki, bu ölkənin prezidenti Donald Trampa qarşı cinayət işinin qaldırılması üçün ədliyyə nazirliyinə ixtiyar vermək məqsədilə qanunların dəyişdirilməsini himayə edir.

Donald Trampın impiçment edilməsilə müxalif olan Pelosi əlavə edib: Gələcək prezidentlər barədə şəffaflığın yaradılmasına səbəb olacaq qanunlar qəbul etməliyik.

ABŞ konqresinin nümayəndələr palatası sədrinin sözlərinə görə, hər bir prezident cinayət törədərkən məsuliyyətə cəlb olunmalıdır.

Pelosi söyləyib: Cinayət törətmiş prezidentə qarşı cinayət işinin qaldırılacağı təqdirdə, xalq daha yaxşı hissə malik olacaqdır.

Üç ilə yaxın bir müddətdə dəfələrlə Amerikanın təhlükəsizliyinə mənfi təsir göstərən rəftarları və qanunsuz hərəkətlərinə görə ittiham olunan Donald Tramp son zamanlar da Ukrayna prezidenti Vladimir Zelenski ilə dialoqu zamanı gizli informasiyaları ifşa etməkdə ittiham olunubdur.

ABŞ konqresinin nümayəndələr palatasının sədri prezidentə qarşı cinayət işinin qaldırılması istiqamətində bu ölkə qanunlarının dəyişdirilməsinə dəstək verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-22-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap