header

 İranın Naxçıvana yeni təyin olunan baş konsulu sənədlərini XİN-ə təqdim edib – Foto

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə İran İslam Respublikasının Naxçıvana yeni təyin olunan baş konsulu Seyid Əhməd Hüseynini qəbul edib.

  • Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə İran İslam Respublikasının Naxçıvana yeni təyin olunan baş konsulu Seyid Əhməd Hüseynini qəbul edib.

XİN-dən verilən məlumata görə, görüş zamanı Seyid Əhməd Hüseyni baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.

P.Mirzəzadə baş konsul Seyid Əhməd Hüseyniyə gələcək fəaliyyətində uğurlar arzu edib.

Görüş zamanı Azərbaycan ilə İran İslam Respublikası arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətləri müzakirə olunub. Görüşdə, həmçinin İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə iştirak edib.

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə İran İslam Respublikasının Naxçıvana yeni təyin olunan baş konsulu Seyid Əhməd Hüseynini qəbul edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-31-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap