İsrail Fələstinin kəndini 149-cu dəfə dağıtdı
Posted on : Digər sahələr 08/06/2019
İsrail rejimi qüvvələri fələstinlilərin yaşadığı Araib kəndindəki evləri 149-cu dəfə söküb.
İsrail rejimi qüvvələri fələstinlilərin yaşadığı Araib kəndindəki evləri 149-cu dəfə söküb.
Tashaio.com "eastnews"a istinadla xəbər verir ki, bu barədə Arakibi Müdafiə Komitəsi üzvü Əziz ət-Turi açıqlama verib.
Ət-Turi "İsti havaya və Qurban bayramına sayılı günlər qalmasına baxmayaraq, İsrail qüvvələri kənddəki evləri sökməkdə israr etdi.
Qadınları, uşaqları və yaşlıları evsiz qoydu", - deyib.
O, son zamanlarda İsrailin söküntüləri artırdığına diqqət çəkib.