Nelson Mandelanın nəvəsindən İsrail rejiminə sərt sözlər
Posted on : Digər sahələr 07/09/2019
Cənubi Afrika Respublikasının əfsanəvi lideri Nelson Mandelanın nəvəsi deputat Zuelivelile Mandela, İsrail rejiminin həyata keçirdiyi ayrı-seçkilik siyasətinin, indiyə qədər ən pis aparteid tərzi olduğunu deyib.

Tashaio.com Reuters-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Fələstin sərgisində danışan Mandela, İsrail rejiminin Cənubi Afrikada qaralara edilən aparteid münasibətin eyni səciyyəvi xüsusiyyətlərini daşıdığını qeyd edib.
Təl-Əviv rejiminin 2018-ci ildə qəbul etdiyi, İsrail rejimini yəhudilərin vətəni kimi xarakterizə edən “Millət dövlət aktının”, İsrail rejiminin həqiqi xarakterini bir daha göstərdiyini deyən Mandela, belə danışıb: “İsrail aparteid bir rejimdir. Aparteid İsrail rejimi bu qanunla bu torpaqlarda doğulan, ancaq yəhudi olmayanları ikinci sinif vətəndaş kimi tanıyaraq, qanuni ayrı-seçkilik edir”.