header

 Mayk Pompeo: “İran ilə ilkin şərt qoymadan görüşməyə hazırıq”

ABŞ-ın dövlət katibi Mayk Pompeo İran rəsmiləriylə ilkin şərt qoymadan görüşməyə hazır olduqlarını söyləyib.

ABŞ-ın dövlət katibi Mayk Pompeo İran rəsmiləriylə ilkin şərt qoymadan görüşməyə hazır olduqlarını söyləyib.

 

Tashaio.com Sputnik-ə istinadən xəbər verir ki, İrana qarşı tarixin ən böyük sanksiyalarını tətbiq edən ABŞ adminstrasiyasının dövlət katibi Pompeo, Avropaya səfəri çərçivəsində ölkəsinin İrandakı maraqlarını təmsil edən İsveçrəyə də səfər edib.

 

Pompeo Ticino kantonunun paytaxtı Bellinzonada İsveçrə xarici işlər naziri İqnazio Kassis ilə görüşüb. Görüşdən sonra təşkil olunan mətbuat konfransında İranın prezidenti Həsən Ruhaninin beynəlxaq qərarlar çərçivəsində və hörmətlə masaya oturanlarla müzakirə edə biləcəkləri açıqlamasına cavab verən Pompeo, Tehranla ilkin şərt qoymadan görüşməyə hazır olduqlarını deyib. Pompeo bunun üçün İranın normal bir ölkə kimi davranmasını istədiklərini söyləyib.

 

İsveçrəli həmkarı İqnazio Kassis isə, öz növbəsində sanksiyalar səbəbindən İran xalqının problemlərinin artdığını qeyd edərək, İrana xüsusilə dərman və qida formasında humanitar yardım etmək istədiklərini bildirib.

 

 

Kassis bunun üçün İranın ödəniş etməli olduğunu və bunun da ancaq Vaşinqtonun İran banklarının pul transferi etməsinə icazə verməsiylə mümkün ola biləcəyini bildirib.

ABŞ-ın dövlət katibi Mayk Pompeo İran rəsmiləriylə ilkin şərt qoymadan görüşməyə hazır olduqlarını söyləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-03-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap