İranda “Qarabağ Ermənistandır”a etirazlar davam etməkdədir + Foto
Posted on : iran 03/02/2019
Ermənistan Baş naziri Nikol Paşinyanın Tehranın “Ararat” klubunda erməni icması ilə görüşündə “Qarabağ Ermənistandır və Son” sözləri yazılmış plakatın qaldırılmasına görə İranda etirazlar davam edir.
Etiraz aksiyaları ötən gün cümənamzı zamanı keçirilib və Ərdəbil, Təbriz və başqa şəhərlərdə də namazda iştirak edən dindarlar Ermənilərin açdığı plakata etiraz olaraq Ayətullah Xamneyinin sözü yazılmış “Qarabağ İslam torpağıdır” plakat qaldırıblar.
Ayətullah Amili Ərdəbilin cümə namazı xütbələrində deyib İranın hökuməti və xalqı Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. İran İslam respublikası keçmiş kimi Azərbaycanın işğal olunmuş ərazisinin geri qaytırılması üçün Azərbaycan xalqı və hökumətini hərtərəfli dəstəkləyəcək., “İnşallah yaxın zamanda Qarabağda cümənamazı qılacayıq” -deyə vurğulayıb.
.