header

 Ruhani Cavad Zərifə: "Sizin istefanız ölkənin mənafeyinə ziddir"

İranın prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını qəbul etmədiyini bildirib.

İranın prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını qəbul etmədiyini bildirib.

 

Tashaio.com İRNA-ya istinadən xəbər verir ki, Ruhani M.C.Zərifin istefasını qəbul etməməsinin səbəbini belə izah edib: “Əmin, şərəfli, cəsarətli və dindar biri kimi, ABŞ-ın ağır təzyiqlərinə qarşı ön cəbhədə olduğunuz üçün, istefanızın ölkənin maraqlarına zidd olduğunu hesab edirəm və qəbul etmirəm”.

 

Ruhani M.C.Zərifin istefasını qəbul etmədiyini bildirdiyi mesajında təzyiqlərin fərqində olduğunu bildirib.

 

Ruhani dünən istefa verdiyini açıqlayan M.C.Zərifə xitabən yazdığı və prezident saytında dərc olunan məktubunda, ölkənin diplomatik orqanları, hökumət və hətta xalq tərəfindən seçilən prezidentinə qarşı təzyiqlərdən xəbərdar olduğunu bidirib.

 

İranın prezidenti məktubunda ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin də xarici işlər naziri M.C.Zərifi təqdir etdiyini vurğulayıb.

 

Hökumət orqanlarının Xarici İşlər Nazirliyi ilə tamamilə koordinasiya halında olmalı olduğunu diqqətə çəkən Ruhani, M.C.Zərifə xitabən bunları qeyd edib: “Güc, bacarıq və cəsarətlə yolunuza davam edin. Ölkənin diplomatik orqanlarına, hökumətə və hətta xalq tərəfindən seçilən prezidentinə qarşı təzyiqlərdən xəbərdaram. İsrail rejimi kimi and içmiş İran düşmənlərinin sevinci Məhəmməd Cavad Zərifin bu vəzifədəki uğurunun ən açıq göstəricisi və Xarici İşlər Nazirliyində qalmasının da ən etibarlı səbəbidir”.

İranın prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını qəbul etmədiyini bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-27-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap