Səudiyyə Ərəbistanı arakanlı müsəlmanları ölkədən çıxardır
Posted on : Əqidələr 01/21/2019
Səudiyyə Ərəbistanı 250 arakanlı müsəlman kişini Banqladeşə göndərməyi planlaşdırır.
Səudiyyə Ərəbistanı 250 arakanlı müsəlman kişini Banqladeşə göndərməyi planlaşdırır. Tashaio.com-un Al Jazeera-ya istinadla verdiyi məlumata görə, bu barədə Azad Rohingya Koalisiyasının kampaniya koordinatoru Nay San Lvin bəyan edib.
Səudiyyə Ərəbistanında arakanlı müsəlmanların çoxunun qalmaq üçün iznə sahib olduğunu vurğulayan Nay, Ciddə şəhərində Şumasi mərkəzində saxlanılan şəxslərlə günahkar kimi davrandıqlarını deyib. Onun sözlərinə görə, saxlanılan şəxslər ölkədən çıxarıcağı təqdirdə onların həbs gözləyir. Buna görə Nay Səudiyyə rəhbərliyinə sözügedən qərarı ləğv etməyə çağırıb.
Nay həmçinin Ciddə aeroportuna aparılmaq üçün hazırlanan arakanlı müsəlmanların görüntülərini də paylaşıb.