header

 İsrail rejiminin baş qərargah rəisi: “4 ildir Suriya və digər ölkələrə hücum edirik”

İsrail rejiminin baş qərargah rəisi Qadi Eizenkot İsrail rejimi ordusunun son 4 il ərzində Suriya ilə yanaşı, adını çəkmədiyi digər ölkələrdə minlərlə hədəfə hücum təşkil etdiyini açıqlayıb.

İsrail rejiminin baş qərargah rəisi Qadi Eizenkot İsrail rejimi ordusunun son 4 il ərzində Suriya ilə yanaşı, adını çəkmədiyi digər ölkələrdə minlərlə hədəfə hücum təşkil etdiyini açıqlayıb.

 

Tashaio.com Reuters-ə istinadən xəbər verir ki, Eizenkot İsrail rejiminin “Channel 2” televiziyasına verdiyi müsahibəsində həmin açıqlamanı verib.

 

Gələn həftə vəzifəsi sona çatacaq general Eizenkot, ordunun böyük bir müharibəyə məcbur qalmadan həyata keçirdiyi əməliyyatlardan qürur duyduğunu bildirərək, ordunun Suriyanın xaricində hansı ölkələrdə əməliyyat keçirdiyinə isə aydınlıq gətirməyib.

 

İsrail rejiminin həmişəkindən daha təhlükəsiz olduğunu iddia edən sionist general, sözlərini belə davam etdirib: “Ancaq başda İran olmaqla bir çox təhdidlərlə üz-üzəyik”. Eizenkot vəzifəsi boyu xüsusən İranın təhdidindən narahat olduğunu bildirərək, İranın Suriyada özünə xüsusi hərbi bir infrastruktur qurmağa və ikinci bir cəbhə açmağa çalışdığını söyləyib.

 

Eizenkot İsrail rejiminin blokadası altında olan Qəzzada bir müharibə başlatması haqqında isə bunları deyib: “İsrail rejimi Qəzzada müharibəyə hazırdı, ancaq ordu belə bir variantı düşünmür”.

 

Xatırladaq ki, Eizenkotun vəzifəsi başa çatdıqdan sonra, onun yerinə müavini general Aviv Koxavinin təyin olunduğu açıqlanıb.

İsrail rejiminin baş qərargah rəisi Qadi Eizenkot İsrail rejimi ordusunun son 4 il ərzində Suriya ilə yanaşı, adını çəkmədiyi digər ölkələrdə minlərlə hədəfə hücum təşkil etdiyini açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-14-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap