Qəzzada İsraillə əməkdaşlıq edən 45 nəfər həbs olunub -VİDEO
Posted on : Digər sahələr 01/10/2019
Fələstin Xüsusi Xidmət orqanları aparılmış uğurlu əməliyyat zamanı Qəzzada Mossadla əməkdaşlıq edən 45 nəfəri həbs edib
Fələstin Xüsusi Xidmət orqanları aparılmış uğurlu əməliyyat zamanı Qəzzada Mossadla əməkdaşlıq edən 45 nəfəri həbs edib.
Tashaio.com xəbər verir ki, bu barədə "ƏqsaTV" canlı yayımında məlumat yayıb.
Məlumatda bildirilir ki, Xan Yunisdə İsrail xüsusi xidmət orqanlarının uğursuz əməliyyatından sonra Fələstin Xüsusi Xidmət orqanları 45 nəfərin İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlığı deşifrə olub. Onların etirafları telekanal vasitəsilə yayımlanıb.
Fələstin DİN düşmənlə əməkdaşlıq edən hər kəsin tez bir zamanda təslim olmağa çağırıb.
Qeyd edək ki, İsrai lmediası da 45 nəfərin Qəzzada həbs edildiyini yazıb.