header

 Səudiyyə də Əsədin qələbəsini tanıdı: Səfirlik açıla bilər

Səudiyyə Ərəbistanı tezliklə Suriyada diplomatik fəaliyyətini bərpa edə bilər.

Tashaio.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanı Suriya ilə diplomatik münasibətləri bərpa etmək niyyətindədir.

Yaxın Şərq KİV-ləri Səudiyyə Ərəbistanı XİN-dəki mənbəyə istinadən belə xəbər yayıblar.

Bildirilir ki, ərəb krallıq artıq 2019-cu ilin ilk yarısında Dəməşqdə diplomatik nümayəndəlik aça bilər.

Mütəxəssislərin fikrincə, Səudiyyə Ərəbistanı və Suriya münasibətləri Bəşər Əsədin başçılıq etdiyi Suriya hökumətinin İranla müttəfiqlik etdiyinə görə gərgin olaraq qalmaqdadır. Suriya və İran arasındakı bu münasibətlər isə Suriyadakı müharibə zamanı ciddi şəkildə möhkəmlənib.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin Dəməşqdəki səfirliyi 27 Dekabrda fəaliyyətini bərpa edib.

“Reuters”-in məlumatına görə, digər ərəb ölkələri də Bəşər Əsədə qarşı mövqelərini dəyişərək Suriya ilə münasibətləri normallaşdırmaq niyyətindədir.

Bundan başqa, Ərəb Dövlətləri Liqasının əksər üzvləri də Suriyanın təşkilata üzvlüyünün bərpa edilməsinin lehinə çıxış edib.

Səudiyyə Ərəbistanı tezliklə Suriyada diplomatik fəaliyyətini bərpa edə bilər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-09-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap