Zərif: Suriyada gərginliklərin yüngülləşməsi Astana prosesinin nəticəsi idi
Posted on : iran 01/05/2019
Zərif İran və Türkiyənin Astanada razılığa gəlmələrinin Suriyada gərginliklərin yüngülləşməsinə səbəb olduğunu açıqlayıb.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İran və Türkiyənin Astanada razılığa gəlmələrinin Suriyada gərginliklərin yüngülləşməsinə səbəb olduğunu açıqlayıb.
Tashaio.com xəbər verir ki, bir mərasimdə danışan Cavad Zərif bu gün bir qrupun artıq başqaları üçün qərar vermələri dövrünün sona çatdığını, super güc anlayışının rəngini itirdiyini bildirib.
Zərif İran və Türkiyənin Astanada razılığa gəlmələrinin Suriyada gərginliklərin yüngülləşməsinə səbəb olduğunu, lakin Kerri və Lavrovun Cenevrədə əldə etdikləri razılığın bunu edə bilmədiyini qeyd edib.
Zərif dünyanın iki super gücü olmaları lazım olan iki ölkənin xarici işlər nazirlərinin Cenevrədə atəşkəs olmasını qərara aldıqlarını, amma bir həftə sonra müvəffəqiyyətsiz olduqlarının ortaya çıxdığını, lakin İran və Türkiyənin eyni istiqamətdə razılığının, Suriyada qarşıdurmaların dayanmasına səbəb olduğunu ifadə edib.