header

 Mömin öz duasından 3 nəticə əldə edər

Mübarək hədislərimizə əsasən, möminə xas bəzi mühüm xüsusiyyətlərlə tanış olaq.

Mübarək hədislərimizə əsasən, möminə xas bəzi mühüm xüsusiyyətlərlə tanış olaq.

 

İmam Səccad (ə) buyurur: “Mömin, duasından üç nəticə alar:

1. Ya onun üçün ehtiyat kimi saxlanılar.

2. Ya dünyada həyata keçər.

3. Ya da ona çatmalı olan bəla geri qayıdar”. (Beytutə)

 

Hər kəs 40 hədisi əzbərləyərsə...

İmam Sadiq (ə) buyurur: “Bizim davamçılarımızdan hər kim 40 hədisi əzbərləyər və onlara əməl edərsə, Allah Qiyamət günü onu fəqih alim kimi məhşur edər və əzab verməz”.

 

Mömin – elmə hərisdir.

İmam Sadiq (ə) buyurur: “(Möminin) imanı yəqinlə doludur və (dini elmi öyrənməkdə) hərisdir”.

 

Heç bir çətinlik onu namazdan saxlamaz

İmam Sadiq (ə) möminin sifətləri barəsində danışan zaman buyurmuşdur: (Mömin) məşğul olduğu və çətinlikdə olduğuna baxmayaraq, namazqılan olar”.

 

Mömin qardaşında bu 3 sifəti görsən, ondan ümidvar ol!

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman (din) qardaşında bu üç sifəti görsən, ona ümidvar ol: həya, əmanətdarlıq və doğru danışmaq”.

 

Bəs həqiqi mömin kimdir?

Həqiqi möminin kim olması ilə bağlı İmam Sadiq (ə) buyurur: “Hadisələrdə səbirli, fitnələrdə vüqarla təkan verən və çətinliklərdə hövsələlidir”.

 

Vilayəti qəbul etmək – möminin ən ümdə xüsusiyyətlərindəndir.

İmam Əli (ə) buyurur: “Hər kim bizə çəng vurar (yəni bizdən yapışar) – nicat sahilinə çatar. Hər kim bizi tərk edər, qərq olar”.

 

Əgər İmamın (ə.f) vilayətində sabit qalarsa...

İmam Baqir (ə) buyurur: “Hər kim İmam Zamanın (ə.а) qeybi zamanı biz Əhli-Beytin (ə) ismət və təharətin vilayətinə və imanına sabit qalarsa, Allah Təala ona Bədr və Hüneyn döyüşlərinin min şəhidinin savabını əta edər”.

 

Möminin 3 halda 3 nişanəsi.

İmam Sadiq (ə) buyurur: (Mömin) hidayət yolunda sevincli, yaxşı işlərdə davamlı, güclü elmə malik, mülayim və səbirlidir”.

 

Behişti istəyənlər və cəhənnəmdən qaçanların rəftarı.

İmam Səccad (ə) buyurur: “Hər kim behiştə muştaq olar – yaxşı işlər görməkdə tələsər. Şəhvətini ayağının altına alar.

Hər kim Qiyamətin qorxulu atəşindən qorxar – Allah dərgahında tövbə edər, günahdan və pis işlərdən uzaq olar”.

 

İnsanları bunlarla imtahana çəkin.

İmam Sadiq (ə) buyurur: “İnsanların namaz və oruclarına aldanmayın. Çünki insan bəzən namaz və oruca o qədəradət edir ki, əgər onları tərk edərsə, qorxu hissi yaranar.

Onları düz danışmaq və əmanətdarlıqları ilə imtahana çəkin”.

Mübarək hədislərimizə əsasən, möminə xas bəzi mühüm xüsusiyyətlərlə tanış olaq.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-01-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap