Ayətullah Şəhrudinin vəziyyəti barədə son xəbər - YENİLƏNİB
Posted on :
Şəxsiyyətlər
12/24/2018
Ayətullah Haşimi Şahrudinin vəfat etdiyi xəbəri İranın mötəbər xəbər agentlikləri tərəfindən bildirilsə də, Fars agentliyinin məlumatına görə, ötən gün yerləşdirildiyi xəstəxananın baş həkimi Ayətullah Şahrudinin ölüm xəbərini təkzib edərək komada olduğunu və vəziyyətinin ağır olduğunu bildirib.

***
"İnna lillah və inna ileyhi raciun"
İran Məsləhət Şurasının sədri Ayətullah Mahmud Haşimi Şahrudi bu gün vəfat edib.
Tashaio.com “tasnimnews” saytına istinadən xəbər verir ki, uzun müddət Tehranda xəstəxanaların birində müalicə alan Ayətullah Şahrudi bu gün 70 yaşında vəfat edib.
Mərhum Ayətullah Şahrudi 1948-ci ildə Nəcəf Şəhərində anadan olmuş və şəhid Ayətullah Seyid Məhəmməd Baqir Sədrin tələbələrindən olub. Ayətullah Şahrudi həmçinin mərhum İmam Xomeyni (rə) və Ayətullah Xoyidən (rə) də dərs alıb.
Allah rəhmət etsin!