İmam Əlinin (ə) hərəmi Peyğəmbərin (s) rehlətini qeyd etməyə hazırlaşır
Posted on : Digər sahələr 11/05/2018
Nəcəfül Əşrəfdəki İmam Əlinin (ə) mütəhhər hərəmində Peyğəmbəri Əkrəm Muhəmməd Mustafanın (s) ürəklər yandıran vəfat gününün növbəti ildönümü münasibətilə matəm hazırlıqlarına başlanıb.
Nəcəfül Əşrəfdəki İmam Əlinin (ə) mütəhhər hərəmində Peyğəmbəri Əkrəm Muhəmməd Mustafanın (s) ürəklər yandıran vəfat gününün növbəti ildönümü münasibətilə matəm hazırlıqlarına başlanıb.
Tashaio.com İmamali saytına istinadən xəbər verir ki, matəm hazırlıqları çərçivəsində müqəddəs ziyarətgahın bütün sütunlu dəhlizləri, meydanları ilə günbəz və minarələrinə Muhəmməd Mustafanın (s) adı yazılmış qara bayraqlar asılıb. Həzrət İmam Əlinin (ə) mübarək qəbrinin olduğu qızılı zərihin üzərinə də qara örtük yerləşdirilib.