ABŞ Suriyada vertolyotlarla İŞİD terrorçularını xilas etdi
Posted on : Digər sahələr 10/08/2018
ABŞ İŞİD terrorçularını xilas edib.
Tashaio.com-un SANA-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın vertolyotları bir neçə İŞİD terrorçusunu Suriyanın Deyr-əz-Zor əyalətindən çıxarıblar.
“Beynəxalq koalisiyanın vertolyotları şənbə günü bir neçə xarici İŞİD terrorçusunu Deyr-əz-Zordan cənub-şərqdə yerləşən əş-Şəaf kəndinin yaxınlığa terrorçuların cəm olduğu yerdən çıxarıblar.”, - deyə bildirilir.
Qeyd edilir ki, bir neçə gün öncə koalisiya terrorçuların cəm olduğu əl-Müraşidə kəndi ərazisinə desant göndərilməsi əməliyyatını keçirib.
Xatırladaq ki, daha öncə Suriya xarici işlər naziri Valid Müəllim ABŞ-ın Suriyadakı ət-Tənf bazasında İŞİD terrorçularının təkmilləşdirilməsi ilə məşğul olduğunu bəyan etmişdi.