header

 İran Əhvaz terrorçularına balistik raketlə cavab verdi - FOTO

İranın rəsmi qaynaqları Sepah tərəfindən Fərat çayının şərq hissəsindəki İŞİD hədəflərini raket atəşinə tutduğunu açıqlayıb.

İranın  rəsmi qaynaqları Sepah tərəfindən Fərat çayının şərq hissəsindəki  İŞİD hədəflərini raket atəşinə tutduğunu açıqlayıb. 
 
Tashaio.com Mehr agentliyinə istinadən xəbər verir ki,  raketlər ABŞ-ın hərbi cərgələrinə çox yaxın olan İŞİD hədəflərini vurub. 
 
İranın dövlət televiziyasının xəbərinə görə,  raket zərbələri  Suriyanın  Deyrizor əyalətinin  Əbu Kamal bölgəsini vurub. 
 
Açıqlamada neçə raket atıldığı bildirilməsə də hücumun  Əhvazdakı terrora qarşılıq olaraq İŞİD hədəflərinə yönəldiyi bildirilir.  
 
Fars xəbər agentliyinin məlumatına görə, yerli vaxtla gecə saat 2-də  Kirmanşah əyalətindən atılan balistik raketlərin 750 kilometr atış mənzili olan Zülfüqar və 800 kilometr atış mənzili olan Qiyam  olduğu qeyd olunub. 
 
Məlumatda raket hücumu nəticəsində çox sayda İŞİD terrorçusunun öldürüldüyü bildirilir. 
 
Qeyd edək ki,sentyabrın 22-də  İranın cənub-qərbindəki  Xuzestan əyalətinin  Əhvaz bölgəsində  İran-İraq müharibəsinin 38-ci ildönümü münasibətilə keçirilən hərbi parad zamanı  terror törədilib. Nəticədə 25 nəfər şəhid olub, 69 nəfər yaralanıb. 
 
 
 
İranın rəsmi qaynaqları Sepah tərəfindən Fərat çayının şərq hissəsindəki İŞİD hədəflərini raket atəşinə tutduğunu açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-01-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap