header

 BMT-dən həyəcan təbili: Yəmənlilər aclıqdan yarpaq yeyirlər

“Biz insanların başqa yeməklərinin olmadığı üçün yarpaq yediyinin şahidiyik”

Tashaio.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, aclıqdan əziyyət çəkən Yəmən sakinləri yarpaq yemək məcburiyyətindədirlər. Bunu BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında çıxış edən BMT Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım üzrə koordinatoru Mark Loukok bildirib.

Onun sözlərinə görə, hazırda Yəməndəki vəziyyət ağır olaraq qalmaqdadır. Yaxın həftələrdə bu ölkədə aclıqdan əziyyət çəkənlərin sayı təxminən 1,5 dəfə artaraq 11,5 milyon nəfərə çata bilər.

“Biz insanların başqa yeməklərinin olmadığı üçün yarpaq yediyinin şahidiyik”, - deyə Loukok qeyd edib.

Onun sözlərinə görə, Yəməndəki vəziyyətin kəskin pisləşməsinin səbəbi  ötən ay Yəmən rialının 30% dəyər itirməsi olub.

“Biz insanların başqa yeməklərinin olmadığı üçün yarpaq yediyinin şahidiyik”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap