İraqda terror: Çox sayda ölən və yaralanan var
Posted on : Digər sahələr 09/12/2018
İraqda terror aktı törədilib.
Tashaio.com-un “Al-Sumaria” telekanalına istinadən verdiyi xəbərə əsasən, İraqın Tikrit şəhərindən şimalda yerləşən restoranın yaxınlığında terror aktı törədilib. İçərisi partlayıcı ilə dolu avtomobilin partladılması nəticəsində 5 nəfər dünyasını dəyişib, 32 nəfər isə yaralanıb.
Ölkənin Səhiyyə Nazirliyinin rəsmisi Seyf əl-Bədr qeyd edib ki, hadisə Tikritdən şimalda yerləşən əl-Həccac rayonundakı “əl-Kəlya” restoranının yaxınlığında baş verib.
O əlavə edib ki, yaralılar xəstəxanalara yerləşdiriliblər.