NAMAZ ƏHLİNİN 9 DƏRƏCƏSİ
Posted on : Əqidələr 09/11/2018
(Möminlər) O kəslərdir ki, namazlarında xüşu əhlidirlər.
1. Bəziləri namazı “xüşu” ilə qılırlar:
الَّذینَ هُمْ فی صَلاتِهِمْ خاشِعُون
“(Möminlər) O kəslərdir ki, namazlarında xüşu əhlidirlər.”(“Muminun”/2.)
“Xüşu” – Allah dərgahında cismən və ruhən ədəb-ərkan qaydalarına riayət etmək, təvazökar və itaətkar olmaqdır.
Peyğəmbəri-Əkrəm (s) bir şəxsin namaz üstə öz saqqalı ilə oynadığını gördükdə buyurdu: “Əgər onun ruhu “xüşu”ya sahib olsaydı, namaz üstə əsla belə bir iş tutmazdı.” (“Təfsiri-Safi.”)
2. Bəziləri namazı layiqincə qoruyub saxlayır, onu vaxtlı-vaxtında qılırlar:
وَ هُمْ عَلى صَلاتِهِمْ یُحافِظُون
“…Namazlarını qoruyub saxlayırlar.” (“Ənam”/92.)
3. Bəziləri namazı işdən üstün tutur, namaza görə işdən əl çəkirlər:
“O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz…” (“Nur”/37.)
4. Bəziləri sevinclə namaza doğru tələsirlər:
فَاسْعَوْا إِلى ذِکْرِ اللَّهِ
“...Allahı zikr etməyə tələsin...” (Cümə”/9.)
5. Bəziləri namaz üçün bəzənib-düzənir və libaslarının ən yaxşısını geyinirlər:
خُذُوا زینَتَکُمْ عِنْدَ کُلِّ مَسْجِدٍ
“...Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən) zinətlərinizi götürün (gözəl geyinin)...” (“Əraf”/31.)
6. “Bəzilərinin namaza eşq-məhəbbəti daimidir:
الَّذینَ هُمْ عَلى صَلاتِهِمْ دائِمُون
“O kəslər ki, daim namaz qılarlar.” (“Məaric”/23.)
İmam Baqirdən (ə) nəql olunur ki, bu ayədə daimi olaraq müstəhəb namaz qılmaq, “Namazlarını qoruyub saxlayırlar.” (Ənam”/92) – ayəsində isə vacib namaz nəzərdə tutulur.
7. Bəziləri namaz üçün gecəni oyaq qalırlar:
فَتَهَجَّدْ بِهِ نافِلَهً لَکَ
“Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə vəzifəni yerinə yetir.” (“İsra”/79.)
Bu ayə, yalnız İslam Peyğəmbərinə (s) xitabdır: “Gecə yarı yuxudan dur, Quran oxu, namaz qıl...” Təfsir alimlərinin qeydlərinə əsasən, bu ibarə gecə namazına işarədir.
8. Bəziləri gecəni səcdə və namaz halında keçirirlər:
وَ الَّذینَ یَبیتُونَ لِرَبِّهِمْ سُجَّداً وَ قِیاما
“Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirirlər.” (“Furqan”/64.)
9. Bəziləri ağlaya-ağlaya səcdə edirlər:
إِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُ الرَّحْمَن خَرُّوا سُجَّدًا وَبُكِيًّا
“Onlar Rəhman Allahın ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyəqapanırdılar.” (“Məryəm”/58.)