İrana hər gün milyonlarla kiber hücum təşkil olunur
Posted on : iran 09/09/2018
İranın Kiber Polis Təşkilatı komandanı general Kamal Hadianfər İrana gündə 6-7 milyon kiber hücum təşkil olunduğunu açıqlayıb.
İranın Kiber Polis Təşkilatı komandanı general Kamal Hadianfər İrana gündə 6-7 milyon kiber hücum təşkil olunduğunu açıqlayıb.
Tashaio.com xəbər verir ki, General Hadianfər sözügedən hücumların hər gün ABŞ, İsrail və Səudiyyə Ərəbistanı kimi ölkələrdən gəldiyini, ancaq həmd olsun ki, bu hücumların təsirli olmadığını və iranlı mütəxəssislər tərəfindən dəf edildiyini qeyd edib.
Dünyada 5 milyon dollar qarşılığında kiber infrastrukturlarını çökdürə biləcək 20 haker olduğunu qeyd edən iranlı general bu qrupun hücumlarına qarşı olmaq üçün xalqın hər həftə şifrələrini dəyişdirmələri və yenilənən anti-viruslardan istifadə etmələri lazım olduğunu bildirib.